Nasist Almaniyası və Homoseksuallıq

Vahid Aliyev
2 min readMay 14, 2020

20-ci əsrdə homoseksuallara qarşı həyata keçirilmiş ən şiddətli repressiyaı 1933–1945-ci illər arasında Nasist Almaniyasında baş verib. Həmin ərəfədə nasistlər cəmiyyətdə kişi dominantlığını təmin etmək üçün ‘maskulin’ seksual davranışların tənzimlənməsinə cəhd edirdilər. Homoseksual kişilərə qarşı tədbirlər ən sərt şəkildə həyata keçirilirdi. Hətta adi bir öpüş və ya qucaqlaşma belə cinayət hesab olunurdu. Mühafizə Heyətinin (Schutzstaffel) üzvlərindən kiminsə homoseksual olduğu aşkarlanardısa, həmin şəxsə ölüm hökmü istənilirdi. Mülki vətəndaşlar arasında homoseksuallıqda ittiham olunan fərdlər konsentrasiya düşərgələrinə (konslager) göndərilirdi.

Nasistlər iqtidara gələndən sonra Üçüncü Reyx homoseksual kişilərin təqibinə başlamış və 1933-cü ildə homoseksuallar və sutyenorlar ilk dəfə olaraq yeni kateqoriya kimi Fulhsbüttel düşərgəsinə gətirilmişdir. 1933-cü ilin noyabr ayının 13-də baş vermiş Hamburq Şəhər Administrasiyasının yüksək-səviyyəli görüşündə polis rəhbərliyinə “transvesitilərə xüsusi diqqət ayrılması və lazım gələrsə, düşərgələrə gətirilməsi” tapşırılmışdı.[1]

Polis homoseksual subkulturasının məhv edilməsi üçün əmr almışdı. Üçüncü Reyxə qədər Almaniya, xüsusilə, Berlin Avropanın yeni formalaşan gey mədəniyyətinin mərkəzi sayılırdı. Homoseksuallıq tarixi haqqında yazan bəzi tədqiqatçılar və tarixçilər onun almanlar tərəfindən “kəşf olunmasına” dair iddialar da irəli sürmüşdülər. Oktav Mirbo bu “kəşf” haqqında yazarkən almanların “dünyanın digər yerlərindən fərqli olaraq sadəcə oğlanbaz olmaqlarında” məmnun olmadıqlarını qeyd edir. Daha sonra “Onlar homoseksuallığı icad etməlidirlər…. Onlar oğlanbazlığı epikrafiya elmi kimi öyrənirlər…” deyə qələmə almışdır.[2] Nasist Almaniyası dövründə isə nəinki ictimai məkanlar, hətta fərdlər də nəzərdən keçirilir, araşdırılır və izlənilirdi.

[1] Timpke, in Studien zur Geschichte der Konzentrationslager (Stuttgart, 1970), səh. 18
[2] Octave Mirbeau, “Berlin-Sodome” in La 628-E8, Paris, 1907.

--

--

Vahid Aliyev

Just history geek, interested in gender and sexuality, decolonisation.